Konsaltinq
RMS Tech şirkəti – korporativ idarəetmə siteminin müasirləşdirilməsi üzrə xidmət göstərən professionalların komandasıdır. RMS Tech aşağıdakı konsaltinq xidmətlərini təqdim edir:
• Biznesin istənilən sahəsində hüquqi müşaiyət.
• Hazır biznesin alqı-satqısı.
• Biznes, iqtisadi siyasət, hüquqi vəziyyət sahəsində aksiyaların və qiymətli kağızların alqı-satqısı barədə məsləhət, investisiya layihələrinin müşaiyət olunması.
• Daxili lokal sənədlərin (vəzifə təlimatlarının struktur bölmələri haqqında əsasnamələrin və s.) işlənib hazırlanması, partnyorlarla nəzarətedici və digər orqanlarla və təşkilatlarla (o cümlədən, dövlət təşkilatları ilə) hüquqi cəhətdən düzgün yazışmaların aparılmasına kömək göstəririk.
• İnsan resurslarının idarəetmə sistemlərinin işlənməsi – imkanların mobilizasiyası və insan resursları xidməti əməkdaşların fərdi konsultasiyası; insan resurslarının idarəedilməsi – cəlb etmə və seçim üzrə rəhbərliyin siyasət və prosedurların işlənməsi; funksiyalaşdırma və monitorinq; treninq və inkişaf etmə; işin qiymətləndirilməsi.
• Keyfiyyətli xidməti təmin edən, müştərilərlə qarşılıqlı münasibətlərin idarəetmə sisteminin qurulması; işçi heyətinin müştərilərlə münasibət vərdişlərinin yaranması və artırılması hazırlığı.
• İdarəetmə standartları sahəsində inteqrasiya olunmuş qərarlar üzrə məsləhətlər. Müxtəlif sistemlərin inteqrasiyası bizim müştərilərimizin vaxtına və maliyyə vəsaitlərinə qənaət etməyə imkan verir, sahəvi tapşırıqlar və tələblər məntiqi olaraq üst-üstə düşür.
• Keyfiyyət idarəetmə sistemi – ISO idarəetmə sistemi.