Etik Davranış
Dürüstlük və vicdanlılıq prinsipi bütün biznes prosesləri və qarşılıqlı fəaliyyətlərimizin əsas prinsipləridir. Biz işçilərimiz və maraqlı tərəflərlə olan bütün münasibətlərimizdə dürüst və vicdanla davranırıq.
Şəxsi və məxfi məlumatlara RMS Tech rəqabət baxımından əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnə bilən məlumatlar, kommersiya sirləri, ictimaiyyətə açıq maliyyə və digər növ məlumatlar, işçiyə aid şəxsi məlumatlar və üçüncü tərəflərlə aktlaşdırılmış “məxfilik razılaşmaları” çərçivəsində verilən məlumatlar aiddir.
Biz yaxşı müştəridən gözlənildiyi bir tərzdə hörmətlə və ədalətlə davranırıq, öz öhdəliklərimizi vaxtında yerinə yetirməyi təminat veririk. Biz fərdlər, təşkilatlar və biznes tərəfdaşlarımıza aid məxfi məlumatları diqqətlə qoruyuruq.
İşçilər şirkətin tərəf kimi çıxış etdiyi müqavilələr yaxud alqı-satqı fəaliyyətlərindən birbaşa yaxud dolayı yolla şəxsi mənfəət əldə edə bilməzlər.
İşçilər əxlaq qaydalarına zidd, qeyri-qanuni yaxud şirkətin nizam-intizam qaydalarına zidd fəaliyyətlər yaxud davranışlarla məşğul ola bilməz.