Əsas vəzifə və öhdəliklər::
- Sazişlər/müahidələr/müqavilələr, düzəlişlər, dəyişikliklər, anlaşmalar və hüquqi qüvvəyə malik və şirkət üçün hüquq öhdəliklərini yaradan, dəyişən və ya ləğv edən digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
- Kontr-aqentlərin qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtibi edilməsində) şirkətin hüquqlarının və maraqlarının qorunması;
- Müqavilə sənədlərinin, normativ hüquqi aktların və digər sənədlərin icrası ilə əlaqədar şirkətin rəhbərliyinə və digər işçilərinə məsləhət və tövsiyələrin verilməsi və yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
- Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından şirkətin fəaliyyətinə hüquqi nəzarətin həyata keçirilməsi;
- Şirkətin təsisiçilərinin və Direktorlar Şurasının qərarların və protokolların hazırlanması, saxlanması və icrasına nəzarət edilməsi;
- Şirkəti məhkəmə orqanlarında təmsil edilməsi, orada şirkətin hüquq və maraqlarını müdafiə edilməsi bununla bağlı bütün zəruri hərəkətləri şirkətin adından həyata keçirilməsi;
- Qanunvericilikdəki dəyişiklərin yaxından izlənməsi və qəbul olunan dəyişikliklərlə bağlı şirkətə müvafiq tövsiyyələrin verilməsi;
- Dövlət qurumları və təşkilatları ilə əlaqələrin yaradılması və dəstəklənməsi;
Tələblər:
- Hüquq üzrə ali magistr təhsili (Xaricdə təhsilə üstünlük verilir)
- Əlaqədar sahədə 5 il iş təcrübəsi
- Sərbəst ingilis dili biliyi
- MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı
Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə vacancy@rmstech.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaq.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 01/08/2019