Şirkət Profili
10 ildən artıq fəaliyyət göstərən RMS Tech MMC öz peşəkar kollektivi ilə sizə göstərilən xidmətdən məmnunluq duyur. Şirkətimizin əsas fəaliyyət sistemi savadlı və təcrübəli personal ilə birgə yüksək səviyyəli və müasir tələblərə uyğun olaraq tikinti, təchizat və digər sahələrdə müştəri tələblərini gerçəkləşdirmək və bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirərək ölkəmizdə bu sahənin inkişafına dəstək verməkdir. 50-dən artıq dünyanın məşhur istehsalçı brendlərinin distribütoru olan RMS Tech istər yerli istərsədə xarici bazardan bütün növ tikinti, təmir, IT məhsullarını sizə çatdıra bilər və hər zaman servis xidmətində durmağa hazırdır. RMS Tech şirkətinin fəaliyyətlərindən biri, dünya miqyasında tanınmış istehsalçıların, yaşayış və ictimai binaların təmiri və materialların idxalı və satışıdır. Satışdan əlavə biz peşəkar dizayn və təmir xidmətləri də təklif edirik. Şirkətimizin yüksək ixtisaslı işçiləri daxili və xarici dizayn üçün materialların seçilməsinə kömək edəcək, təmir və tikinti prosesinə nəzarət edəcəkdir.